Xidmətlər

Azerconnect Group olaraq intensiv rəqəmsallaşma prosesləri fonunda ölkəmizin İKT və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən şirkətlərinə ehtiyaclarına uyğun olaraq müxtəlif növ xidmətlər təqdim edirik. Korporativ müştərilərimizin sırasında mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, o cümlədən, İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər yer alır.

 

Mobil və şəbəkə

Ölkə üzrə yerləşən baza stansiyaları ilə geniş və etibarlı şəbəkə xidmətləri təqdim edirik. Müasir infrastruktur və innovativ texnologiyalar əsasında qurulan şəbəkəmiz tərəfdaşlarımızı yüksəksürətli və təhlükəsiz xidmətlərlə təmin etməyə, kritik əhəmiyyətli biznes əməliyyatlardan gündəlik internet istifadəsinə qədər  bütün ehtiyaclarını qarşılamağa imkan verir. Biz yüksəksürətli şəbəkə üzərində aydın və kəsintisiz zənglər üçün “VoLTE” və “VoWiFi” xidmətləri də daxil olmaqla, ən qabaqcıl səs xidmətləri təqdim edirik. Gələcəyə hazır şəbəkəmiz 5G, əşyaların interneti (IoT) və rəqəmsal texnologiyaları tam dəstəkləyir. Ən son təhlükəsizlik protokolları ilə təmin olunmuş infrastrukturumuz fasiləsiz və etibarlı bağlantı yaratmağa imkan verir.

 

İnternet

Təhlükəsiz və sabit daxili infrastruktur vasitəsilə Azərbaycanın yerli provayderlərinə beynəlxalq internet trafiki təqdim edirik. Son nəsil XGS-PON texnologiyasına əsaslanan xidmətlərimizlə istifadəçiləri 10 Gbit/s-a qədər sürət, fasiləsiz və təhlükəsiz internet bağlantısı təmin edirik. Biz ən yüksək standartlara cavab verən etibarlı internet həlləri təqdim etməyə sadiqik. Məqsədimiz sürətlə rəqəmsallaşan dünyada istər fərdi, istərsə də korporativ müştərilərimizin uğur qazanmasına dəstək olmaqdır.

 

Beynəlxalq kanalların təşkili

Müasir texnologiyalar və qlobal tərəfdaşlıqlar sayəsində bizneslər və rabitə operatorları üçün səmərəli və etibarlı “point-to-point” və ya “point-to-multipoint” xidmətləri təqdim edirik. Bu xüsusi bağlantılar kritik biznes əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulub və qlobal hublar arasında sürətli, sabit və təhlükəsiz məlumat ötürülməsini təmin edir. Tərəfdaşlarımızın etimad göstərdiyi bu xidmətlər kritik infrastrukturun əsasını təşkil edir.

 

FinTech

FinTech sahəsi “Azerconnect Group” üçün əsas strateji istiqamətlərdən biridir. Biz bu sahədə innovasiyaları təşviq edən və müştərilərimizə real dəyər qazandıran qabaqcıl, müasir həllər təqdim etmək öhdəliyimizə sadiqik. Biz biznes tərəfdaşlarımız üçün nağd və nağdsız ödənişlər, istehlakçılara isə sürətli və etibarlı əməliyyatlar üçün həllər təklif edirik. Təqdim etdiyimiz innovativ həllər istifadəçilərə gündəlik maliyyə ehtiyaclarını asan və sürətli şəkildə idarə etmək imkanı yaradır.

 

AdTech

Marketinq xərclərini daha səmərəli, dəqiq və ölçülə bilən şəkildə idarə olunması üçün xüsusi reklam həlləri təqdim edirik. Bu həllər biznes tərəfdaşlarımıza ənənəvi kanallarla yanaşı, “Meta”, “Google” və “TikTok” da daxil olmaqla, aparıcı rəqəmsal platformalar üzərindən hədəf auditoriyayalarına çatmalarına imkan verir. Bundan əlavə, veb resurslarımız, hədəflənmiş SMS kampaniyaları və digər innovativ reklam alətlərinə çıxış imkanı da təklif edirik. Daima yeni texnologiya və platformaları inteqrasiya edərək həm ənənəvi, həm də rəqəmsal kanallarda reklam sahəsində yeni standartlar müəyyənləşdiririk.

 

Media/TV

İnnovativ media həllərimiz hədəf auditoriyasının dəyişən tələblərinə uyğun şəkildə hazırlanıb və istifadəçilərə fasiləsiz və qabaqcıl rəqəmsal təcrübə təqdim etməyə imkan verir. Bu sahədə innovasiyalar və təcrübəmizi bir araya gətirərək media platforma yaratmışıq. Platforma özündə ənənəvi və rəqəmsal medianın ən yaxşı elementlərini birləşdirir. Eksklüziv tərəfdaşlıqlar sayəsində platforma TV və radio kanallarını VoD xidmətləri ilə birləşdirərək hər kəs üçün əlçatan bir əyləncə mərkəzi rolunu oynayır. 
 

azerconnect logo