Azerconnect Group

Vakansiyalarımız

Servis Əməliyyatları üzrə kiçik mühəndis

Şirkət: Azerconnect Group

İdarə: Şəbəkə Texnologiyaları İdarəsi

İş qrafiki: Növbəli

Son müraciət tarixi: 30.10.2026

 

Vəzifə öhdəlikləri:

  • Radio və Transmissiya Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
  • Əsas və Sabit Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
  • İT və İntellektual Şəbəkə elementlərini monitorinq etmək;
  • Şəbəkə (Radio, Transmissiya, Əsas, Sabit, İT) və ya abunəçi tərəfində yaranan hər hansı problemlərin qeydiyyatına, bu  haqda məlumat verilməsinə və məlumatın yayılmasına görə məsuliyyət daşımaq;
  • Şəbəkədən maksimal şəkildə istifadəsi və müştəri məmnuniyyəti üçün bütün planlaşdırılmış işlərə yardım etmək və dəstək olmaq;
  • Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək.

 

Vəzifənin tələbləri:

  • Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil;
  • Telekommunikasiya və İT sahələrində iş təcrübəsi üstünlük təşkil edir;
  • Azərbaycan və ingilis dillərini bilmək tələb olunur, rus dilini bilmək üstünlükdür;
  • Yeni texnologiyaların inkişafını və telekommunikasiya sahəsindəki yenilikləri izləmək;
  • Kompüter savadlılığı, MS Office proqramlarından (xüsusilə Microsoft Excel) sərbəst istifadə bacarığı;
  • Ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Problemləri həll etmə və qərarvermə bacarıqları;
  • Şəxsi məsuliyyət, etibarlılıq və təmkinlilik;
  • Şirkət mədəniyyətini və iş standartlarını mənimsəmək, 24/7 rejimində işləməyə hazır olmaq;
  • Gərgin iş şəraitində işləmək bacarığı;
  • Yüksək motivasiya, özünüinkişaf və özünütəhsilə meyillilik.

Biz nə təklif edirik?

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • İnnovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Müraciət
azerconnect logo