“Azerconnect Group” II Milli Rəqabət Forumunda iştirak edib

image
image

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group”  II Milli Rəqabət Forumunda iştirak edib. Millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai faydasına dair müzakirələr baş tutub. 


“Azerconnect Group”un baş direktorunun müşaviri Nicat İsmayılov təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar mövzusunda panel müzakirəsinə qatılıb. O, çıxışı zamanı telekommunikasiya sektorunun ölkənin iqtisadi inkişafı və rəqəmsal transformasiyasında strateji əhəmiyyətini, həmçinin bu sahədə dövlət və özəl sektorun əməkdaşlığının xüsusi rolunu vurğulayıb. 


Qeyd edək ki, II Milli Rəqabət Forumu Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib. 


Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.


“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
 

azerconnect logo