Azerconnect Group

Xəbərlər

“Azerconnect” şirkəti ən yaxşı çevik iş rejimi strategiyasına görə “HR Awards 2022” mükafatına layiq görülüb
“Azerconnect” şirkəti ən yaxşı çevik iş rejimi strategiyasına görə “HR Awards 2022” mükafatına layiq görülüb

Azərbaycanın dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkət olan “Azerconnect” şirkəti “Baku International HR Forum”da “HR Awards 2022” mükafatına layiq görülüb.

 

“Azərbaycan İnsan Resursları İnstitutunun” təşkilatçılığı ilə 28 yanvar tarixində ölkəmizdə ilk dəfə keçirilmiş “Baku International HR Forum” insan resursları sahəsində tanınmış yerli və xarici ekspertləri, dövlət və özəl sektor üzrə ən peşəkar nümayəndələri bir araya gətirib.

 

Forum çərçivəsində “Azerconnect” şirkətinin İnsan resursları üzrə baş direktoru Mətanət Babayeva “Gələcək İnnovasiyalar” plenar sessiyasında əsas spiker qismində çıxış edib. O ölkənin İKT sektorunda ən böyük işəgötürənlərdən biri olan “Azerconnect” şirkətində İnsan resurslarının idarəolunması sahəsində icra olunan strategiyadan, xüsusilə İR sahəsində məlumatların emalı, istifadəsi və düzgün idarə olunmasından danışıb.

 

“Məlumatların təhlili - data analitikası qarşımızda böyük imkanlar açır. Bu, telekommunikasiya sektorunda şirkətlərin əməkdaşlara, müştərilərə və cəmiyyətə yönəlik daha çevik yanaşma sərgiləməsinə, məhsul və xidmətlər yaratmasına imkanı verir. Rəqəmsal transformasiya dövründə biz İR sahəsində məlumatları düzgün təhlil edərək onu məhz şirkətin və əməkdaşların inkişafında əlavə dəyərə çevirmək, daha uğurlu iş modeli qurmaq istiqamətində çalışır, innovativ texnoloji həllər tətbiq edirik. COVİD-19 pandemiyası başlayan zaman çox qısa müddətdə məhz datanın səmərəli təhlili ilə biz “FLEXcellence” proqramını tətbiq edərək hibrid iş rejiminə keçdik, ki bu da pandemiya şəraitində fəaliyyətimizi optimallaşdırmağa imkan verdi” - deyə Mətanət Babayeva bildirib.

 

Forum çərçivəsində Azərbaycanda ilk dəfə baş tutmuş “HR Awards 2022” mükafatlandırma mərasimində “Azerconnect” şirkəti “Ən yaxşı çevik iş rejimi strategiyası” nominasiyası üzrə bu mükafata layiq görülüb. Bu nominasiya üzrə şirkət ölkəmizdə ilk dəfə dəfə böyük işçi heyəti üçün məsafədən (distant) iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ çevik iş strategiyası olan “FLEXcellence” proqramını təqdim edib. Proqram şirkətə fəaliyyətini uğurlu beynəlxalq təcrübəyə uyğun innovativ həllərin tətbiqi ilə optimallaşdırmaq, hibrid iş modeli (həm məsafədən, həm də ofisdən) tətbiq etmək və COVID-19 pandemiyasının yaratdığı yeni normallıqlar şəraitində daha təhlükəsiz əmək şəraitini təmin etmək imkanı verib.\

 

“Azerconnect” şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif  xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş şirkət beynəlxalq standartlara uyğun müxtəlif İKT xidmətləri təklif edir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Azerconnect əməkdaşları “Telekom üçün Data analitikası” vebinarında çıxış ediblər
Azerconnect əməkdaşları “Telekom üçün Data analitikası” vebinarında çıxış ediblər

Azerconnect şirkətinin əməkdaşları “Biznesin analitik transformasiyası 2021 konfransı” çərçivəsində keçirilmiş və telekommunikasiya sahəsində biznes analitikası və məlumatarın idarə olunmasına həsr olunmuş vebinarda iştirak ediblər.

 

MDB məkanında biznes və interaktiv analitika, İT konsaltinq, məlumatların inteqrasiyasının idarəedilməsi və digər əlaqəli sahələrdə fəaliyyət göstərən “RBC Group” tərəfindən təşkil edilmiş “Telekom üçün Data analitikası” vebinarında Azerconnect şirkətinin əməkdaşları - Xəzinədarlıq və Kredit Nəzarəti Departamentinin rəhbəri Şölə İsmiyeva və İntellektual Biznes Resurslar üzrə aparıcı proqramçı Cəmil Neymətov məruzəçi olaraq iştirak ediblər.

 

Cəmil Neymətov “Azerconnect-in rəqəmsal transformasiyası, Bİ platforma üçün vəzifələr” mövzusunda, Şölə İsmiyeva isə “Müştəri bazasının təhlili, Account Receivable” mövzularında təqdimat ediblər.

 

Cəmil Neymətov çıxışında Azerconnect şirkətində rəqəmsal transformasiya proseslərindən danışıb, şirkətin təqdim etdiyi xidmət və həllər barədə ətraflı məlumat verib. O “Azerconnect”in fəaliyyətində Böyük verilənlər (Big Data), Məlumat axını (Streaming), Layihənin həyat dövrü (Project Life Circle) və s. məsələlərdən ətraflı danışıb.

 

Şölə İsmiyeva isə maliyyə sahəsində məlumatların idarə olunması barəsində ətraflı məruzə edib. O, çıxışı zamanı müştəri borcu ilə bağlı məlumatların toplanması və təhlili zamanı qarşılaşılan problemlərdən danışıb, analitik tətbiqləri izah edərək praktik nümunələri qeyd edib.

 

Vebinarda ümumilikdə Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstandan telekommunikasiya sahəsində çalışan tanınmış şirkətlərinin nümayəndələri iştirak ediblər.

Azerconnect Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu
Azerconnect Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

Ölkəmizin davamlı olaraq inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində ilk B2B şirkət olaraq fəaliyyət göstərən Azerconnect şirkəti Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) təşkilatına daimi statusla üzvlüyə qəbul olunub.

 

Qeyd edək ki, Azərbaycandakı Amerika Ticarət Palatası, Azərbaycanda yerləşən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya assosiasiyadır. Təşkilat fərqli sahələrdə fəaliyyət göstərən şirkətləri birləşdirən, daim faydalı fikir mübadiləsinin aparıldığı, ən yaxşı şəbəkə imkanlarının təmin edildiyi nüfuzlu bir biznes platformadır. Azerconnect şirkəti də bu təşkilat çərçivəsində əməkdaşlığa öz dəstəyini göstərəcəkdir.

 

AMCHAM barədə: Təşkilat 1996-cı ildə təsis edilib və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkətlərdən ibarətdir. Ticarət Palatasının missiyası üzv təşkilatlara yüksək keyfiyyətli xidmət göstərərək, onların biznes maraqlarını təşviq edib və eyni zamanda Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzərində çalışmaqdır. Təşkilatda 9 sənaye sektoru komitəsi vasitəsilə üzv şirkətlər məlumatları paylaşa, ümumi narahatlıq yaradan məsələləri qaldıra və mümkün olan həlləri təklif edə bilərlər.

 

Azerconnect barədə: Azerconnect MMC Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. Şirkət 2013-cü ildə təsis edilib və İKT bazarında korporativ müştəriləri beynəlxalq standartlara uyğun olaraq fərqli xidmətlərlə təmin edir.

Azerconnect Caspian Energy Cluba üzv oldu
Azerconnect Caspian Energy Cluba üzv oldu

Ölkəmizin davamlı olaraq inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sahəsində ilk B2B şirkət olaraq fəaliyyət göstərən “Azerconnect” şirkəti Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilat olan “Caspian Energy Club”a Qızıl statusla üzvlüyə qəbul olunub.

 

Qeyd edək ki, Caspian Energy Club Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri ərazisində ən müxtəlif sahələrdə çalışan şirkətləri birləşdirən, daim faydalı fikir mübadiləsinin aparıldığı nüfuzlu biznes platformadır. Azerconnect şirkəti də bu təşkilat çərçivəsində əməkdaşlığa öz dəstəyini göstərəcəkdir.

 

“Ölkəmizin İKT sektorunda böyük şirkətlərdən olan Azerconnect şirkətini təşkilatımızın sıralarında görməkdən məmnunuq. İnanırıq ki, qarşılıqlı faydalı əməkdaşlığımız həm təşkilatımızın, həm də şirkətin inkişafına öz töhfəsini verəcəkdir” – deyə Caspian Energy Clubun sədri və baş icraçı direktoru Telman Əliyev qeyd edib. 

 

Caspian Energy Club barədə: Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (rəsmi adla yanaşı dünyanın müxtəlif ölkələrində Caspian Business Club, Caspian European Club və CEIBC abbreviaturasından da istifadə olunur) 2002-ci ilin iyununda yaradılıb. Təşkilatın əsas məqsədləri sırasında üzv şirkətlərin Xəzər-Qara dəniz və Baltik regionunda və onun hüdudlarından kənarda xidmət və mallarının  lobbiləşdirilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasına kömək edən layihələrin irəli çəkilməsi, iqtisadiyyatın bütün sahələrində rəqəmsal iqtisadiyyatın, innovasiya və ekoloji cəhətdən təmiz texnologiyanın tətbiqinin lobbiləşdirilməsi, həmçinin kiçik və orta bizneslə iri biznes nümayəndələri arasında dialoqun yaradılması vardır.

 

Azerconnect barədə: “Azerconnect” MMC Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. Şirkət 2013-cü ildə təsis edilib və İKT bazarında korporativ müştəriləri beynəlxalq standartlara uyğun olaraq fərqli xidmətlərlə təmin edir.

Azərbaycanda ilk dəfə böyük işçi heyəti üçün məsafədən işləmək imkanı yaradan “FLEXcellence” proqramının tətbiqinə başlanılıb
Azərbaycanda ilk dəfə böyük işçi heyəti üçün məsafədən işləmək imkanı yaradan “FLEXcellence” proqramının tətbiqinə başlanılıb

İnformasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən Azerconnect şirkəti ölkəmizdə ilk dəfə böyük işçi heyəti üçün məsafədən (distant) iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ “FLEXcellence” proqramının tətbiqinə başlayıb. Proqramın adı İngilis dilindəki “Flexible Excellence” söz birləşməsindən götürülüb və “Çevik mükəmməllik” mənasını ifadə edir. Şirkət bu proqramın yaratdığı imkanları öz əməkdaşları, eləcə də xidmət göstərdiyi təşkilatların əməkdaşları üçün təklif etməkdədir.

 

İş yeri və iş vaxtının idarə olunması ilə bağlı proqramın yaratdığı imkanlar müvafiq əmək fəaliyyəti üzrə məhsuldarlığa heç bir neqativ təsir olmadan işçiyə məsafədən (distant) işləmək seçimi verir. Bu isə öz növbəsində şirkətə fəalliyyətini uğurlu beynəlxalq təcrübəyə uyğun innovativ həllərin tətbiqi ilə optimallaşdırmaq, o cümlədən COVİD-19 pandemiyasının yaratdığı yeni normallıqlar şəraitində daha təhlükəsiz əmək şəraitini təmin etmək imkanı verir.

 

Şirkətin İnsan Resursları üzrə Baş müdiri Mətanət Babayeva bildirib ki, proqram ənənəvi iş yeri və iş vaxtı anlayışlarına fərqli bir yanaşmanı təqdim etməkdədir. “Tətbiq etdiyimiz hibrid iş modelinə əsasən, hər bir əməkdaş birbaşa rəhbəri ilə öncədən razılaşdırmaqla şirkətin inzibati ofislərində iş masasını xüsusi proqram vasitəsilə rezervasiya edib həftə ərzində müəyyən günlərdə ofisdən də çalışa bilər. Hibrid modelin tətbiqi əməkdaşlarımızın həm məsafədən işləməsi, həm də onlar arasında komanda işinin, sosiallaşmanın dəstəklənməsini təmin edir. Bu modelin tətbiqi daha çevik bir iş mühiti yaratmaqla bərabər yeni bir korporativ mədəniyyətin formalaşmasına da zəmin yaradacaqdır”-deyə Mətanət Babayeva bildirib.

 

Şirkətin Baş direktoru Emil Məsimov layihənin uğurundan danışaraq qeyd edib ki, İKT sahəsində fəaliyyət göstərən şirkət olaraq Azerconnect çevik idarəetmə mexanizmlərinin tətbiqində müasir texnologiyalardan maksimum faydalanmağa çalışır. “FLEXcellence” proqramı da məhz belə müasir texniki həllər sayəsində mümkün olub. Ehtiyatla yanaşdığımız bu dəyişiklik COVİD-19 pandemiyasının yaratdığı məcburiyyətlər fonunda uğurla sınaqdan keçirilib. İlkin nəticələr onu deməyə əsas verir ki, proqram təkcə səmərəli idarəetməyə deyil, həmçinin işçi heyətinin maddi rifahı, iş və şəxsi həyat balansının qorunmasına da öz ciddi töhfəsini verməkdədir”- deyə Emil Məsimov bildirib.

 

Azerconnect ölkəmizdə dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş şirkət beynəlxalq standartlara uyğun olaraq İKT xidmətlərinin geniş çeşidini təqdim etməkdədir.

 

Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

“Azerconnect” şirkətinin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib
“Azerconnect” şirkətinin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib

“Azerconnect” şirkətinin 44 gün davam etmiş Vətən Müharibəsində iştirak edən 16 əməkdaşı ilə görüş keçirilib.

 

Görüşdə çıxış edən “Azerconnect” şirkətinin Baş icraçı direktoru Emil Məsimov Vətən Müharibəsi iştirakçıları olan əməkdaşlara onların göstərdiyi şücaətə və qəhrəmanlığa görə təşəkkür edib. Emil Məsimov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatmış bu hərbi əməliyyatlar nəticəsində erməni işğalı altında olan torpaqlarımızın azad olunduğunu və 30 illik həsrətin bitdiyini qeyd edib.

 

O hərbi əməliyyatların başladığı ilk günlərdən ölkəmizin rabitə və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən “Azerconnect” şirkətinin əməkdaşlarının da bu əməliyyatlarda iştirak etdiyini, göstərdikləri igidlik və şücaətə görə müxtəlif medallarla təltif olunduqlarını vurğulayıb, şirkətin kollektivinin onlarla qürur duyduqlarını bildirib.

 

Çıxış edən Vətən Müharibəsi iştirakçıları hərbi əməliyyatlar dövründə keçdikləri döyüş yolu bardə məlumat verərək onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər. 

 

Tədbirin sonunda Vətən Müharibəsi iştirakçılarına Təşəkkürnamələr və Fəxri Fərmanlar təqdim edilib.

 

“Azerconnect” MMC Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. Şirkət 2013-cü ildə təsis edilib və İKT bazarında korporativ müştəriləri beynəlxalq standartlara uyğun olaraq fərqli xidmətlərlə təmin edir.

azerconnect logo